İsrail ABŞ-ın Qəzza zolağında hərtərəfli atəşkəs və məhbus mübadiləsi ilə bağlı yeni təklifini ciddi şəkildə nəzərdən keçirir.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun israilli fəal Gerşon Baskin vasitəsilə HƏMAS-a çatdırdığı yeni atəşkəs təklifi ilə bağlı İsrail Baş Nazirliyindən yazılı açıqlama verilib.
Açıqlamada bildirilir:
“Təl-Əviv Trampın yeni təklifini ciddi şəkildə nəzərdən keçirir, lakin HƏMAS öz güzəştsiz mövqeyini qoruyub saxlayır.”
İsrailin "Kanal 12" telekanalının məlumatına görə, HƏMAS müharibənin sona çatacağına dair verilən vədlərə inanmalıdır, çünki məhbusların azad edilməsindən sonra İsrailin Qəzzada müharibəni davam etdirməsi üçün nə daxili, nə də xarici legitimliyi qalacaq.
Xəbərdə o da vurğulanıb ki, israillilər HƏMAS-ın ABŞ-ın bu yeni təklifini qəbul edəcəyinə inanmır və məsələni böyük şübhə ilə qarşılayırlar.
İsrailin dövlət kanalı KAN isə qeyd edib ki, Trampın yeni təklifi əvvəlki təkliflərlə müqayisədə əsaslı dəyişikliklər ehtiva edir. Bu təklifə görə:
İsrailin Qəzza zolağına hücumlarını dayandırması,
48 diri və ölü israilli məhbusun tam şəkildə təhvil verilməsi,
“Gideonun arabaları 2” əməliyyatının sona çatması,
və Qəzza şəhərinin işğalı prosesinin başlanması kimi şərtlər yer alır.
Xatırladaq ki, israilli fəal Gerşon Baskin, Vaşinqtonun Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff vasitəsilə təqdim etdiyi bu yeni atəşkəs təklifini HƏMAS-a çatdırmışdı.
Aytən Yaşar/ Turkustan.az