AK Partiya sözçüsü Ömər Çelik İsrailin Şərqi Qüdsü İordan çayının qərb sahilindən ayıracaq və fələstinlilərdən ələ keçirilən yaşayış məntəqələrini genişləndirəcək "E1" layihəsini təsdiqləməsinə reaksiya verib.
Turkustan.az xəbər verir ki, AK Partiya sözçüsü Çelik: "İsrailin İordan çayının qərb sahili ilə Şərqi Qüdsü bir-birindən ayıracaq yaşayış məskənləri tikmək planı lənətlənmiş soyqırım aktlarının davamıdır" dedi.
O: “Bəşəriyyət cəbhəsinin Fələstin Dövlətini tanımaq üçün ardıcıl qərarlar aldığı bir vaxtda İsrail yenidən insanlıq cəbhəsinə hücum edir və Fələstin Dövlətinin ərazi bütövlüyünü hədəfə alır.
Biz 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olmaqla, coğrafi cəhətdən inteqrasiya olunmuş, müstəqil və suveren Fələstin Dövlətinin həyata keçirilməsi üçün mübarizəmizi davam etdirəcəyik”-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az