Katz: İranla yenidən münaqişə ehtimalı var


İsrailin müdafiə naziri Yisrael Katz İran və Qəzza ilə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Katz bəyan edib ki, İranla yeni münaqişə ehtimalı var və İranın nüvə və raket proqramını bərpa etməsinin qarşısını almaq üçün bir plan hazırlamalıdırlar.

Katz Yəmən və Qəzzada iki ayrı münaqişənin olduğunu və bu münaqişələrin tamamilə həll edilməsinin lazım olduğunu bildirib.

Bildirək kiŞ ABŞ prezidenti Donald Tramp ölkəsinin iyun ayında İrana endirdiyi hava hücumlarında hədəf alınan nüvə obyektlərinin məhv edildiyini iddia edərək, "lazım gələrsə, bunu yenidən edəcəklər" deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ