Hizbullah ABŞ-la razılaşmanın şərtlərini açıqladı


Hizbullahın baş katibi Naim Qasim deyib ki, ABŞ İsrailin Livanın cənubundan qismən çıxması müqabilində Hizbullahın tərksilahını ehtiva edən yeni saziş istəyir.

Turkustan.az xəbər verir ki, keçən il İsrailin hava hücumunda şəhid olan Hizbullah Cənub Cəbhəsi komandiri Əli Karakini anma mərasimində video çıxışı yayımlanan Kasım Litani çayının cənubunda atəşkəs razılaşmasını tam şəkildə yerinə yetirdiklərini bildirib.

Qasım ABŞ-ın Livanda İsrailin ölkənin cənubundan qismən çəkilməsi müqabilində tərksilahla başlayan yeni bir razılaşma əldə etmək istədiyini ifadə edərək, Hizbullahın tərksilah edilməsinin İsrailin genişlənməsi istiqamətində bir addım olduğunu qeyd edib.

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakın "Livan ekzistensial təhlükə ilə üzləşə bilər" ifadəsi ilə bağlı Qasım: "Böyük İsrail istəyirlər. Bölgəni bölmək və Livanı İsrail ilə Suriya arasında bölüşdürmək istəyirlər" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ