Almaniyanın ABŞ-ın Lockheed Martin şirkətindən daha 15 ədəd F-35 döyüş təyyarəsi almağı planlaşdırdığı iddia edilib.
Turkustan.az xəbər verir ki, “Politico”nun məlumatına görə, Berlin F-35 donanmasının sayını 35-dən 50-yə çatdırmağı planlaşdırır.Bu səylərin bir hissəsi kimi Almaniya ABŞ-ın “Lockheed Martin” şirkətindən daha 15 F-35 qırıcısı almağı planlaşdırır.
Maraqlıdır ki, Almaniyanın potensial yeni F-35 sifarişi NATO-nun bu yaxınlarda yeni rəqəmlər müəyyən edərək, silah və qoşun səviyyələri üçün yeni hədəflər barədə razılığa gəlməsindən sonra gəlir.
İstehsalçı Lockheed Martin-dən olan yeni F-35 qırıcılarının 1980-ci ildən Almaniya Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən Tornado döyüş təyyarələrini əvəz etməsi planlaşdırılır və ABŞ nüvə bombalarını daşıya bilən yeganə alman təyyarələridir.
Bu arada, Almaniya və Fransa arasında Yeni Nəsil Hava Döyüş Təyyarə Sistemi (FCAS) ortaqlığı ilə bağlı fikir ayrılığı artdıqca, bu həftə Avropa mətbuatında Fransanın bu layihədəki iş payının 80 faizini almaq istədiyi xəbəri çıxdı.
Aytən Yaşar/ Turkustan.az