Zelenskinin adamının yalanı ifşa edildi


“Ukrayna Prezidenti Volodimir Zelenskinin aparatının rəhbəri Andrey Yermak ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio ilə görüş keçirməsi ilə bağlı yalan danışıb”.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski deyib.

“Görüş olmayıb. Bizimkilər hətta bu barədə yalan danışırlar”, – o bildirib.

Qeyd edək ki, iyunun 19-da “Politiko” qəzetində A.Yermakın ABŞ-ın hakim dairələrində böyük qıcıq doğurması ilə bağlı məqalə dərc olunub.

Nəşr bildirib ki, Ağ Ev nümayəndələri onunla ünsiyyəti xoşagəlməz hesab edir: “Yermak sərt və tələbkardır”

İyunun əvvəlində A.Yermak bildirib ki, o, Rubio ilə Vaşinqtonda Rusiya ilə İstanbulda aparılan danışıqlar ətrafındakı vəziyyəti, eləcə də hava hücumundan müdafiə sahəsində Kiyevə dəstəyi gücləndirmək zərurətini müzakirə edib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ