ABŞ administrasiyasının Qəzza zolağına hücumlarını dayandırmaq üçün İsrailə "güclü təzyiq göstərdiyi" iddia edilib.
Turkustan.az xəbər verir ki, Haaretz qəzetində yer alan xəbərdə ABŞ rəhbərliyinin İsrailin Qəzzaya hücumlarına son qoymasını istədiyi bildirib.
Xəbərdə ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun mayın 23-də İtaliyanın paytaxtı Romada İsrailin strateji işlər naziri Ron Dermer ilə görüşdüyü xatırladılıb.
Görüş zamanı Vitkoffun Dermerə İsrailin Qəzzaya hücumlarına son verməli olduğu mesajını verdiyi iddia edilib.
Aytən Yaşar/ Turkustan.az