Vasif Talıbov Naxçıvanda bunu 20 il axtarıb: ordunu da cəlb edibmiş – FOTO


“İddialara görə, Vasif Talıbov İlanlıdağdakı mixi yazıları 20 il durmadan axtarıb. Hətta ordu hissələrini də bu işə cəlb edib”.

Turkustan.az xəbər verir ki, bunu siyasi şərhçi Heydər Oğuz bildirib.

O, axtarışların nəticə vermədiyini bildirib.

“Urartuların bəxti gətirib ki, bu axtarışlar heç bir nəticə verməyib. Yoxsa indi həmin yazıların üzərində ya kiril, ya da latın əlifbası ilə Vasif Talıbovun ağlına gələn tarix yazılacaqdı. Necə ki, Əlincə qalasından tutmuş Gülüstan türbəsinə, Köhnə qalaya qədər xeyli sayda tarixi əsərlərimiz bərpa olunmaq bəhanəsi ilə yenidən tikilib”, – Heydər Oğuz qeyd edib.

Xatırladaq ki, bir qədər əvvəl Naxçıvanda urartu dilində mixi yazılar tapılıb.

mpchdEpmHA8h0EhV8GJWtHBNyMYYJjVGVA6TYnNm 1200
/Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ