Bakı və Moskvanı müttəfiqə çevirən səbəb... - Markov


Putin Əliyevi dost adlandırıb. Rusiya və Azərbaycan yaxşı tərəfdaş və dostlardan faktiki müttəfiqə çevrilir.

Turkustan.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Səbəb sadədir - ümumi düşmən. Azərbaycanın düşməni Ermənistan Rusiyadan üz döndərib, Fransa və AB, ABŞ və NATO timsalında Rusiyanın düşmənlərinin yanına gedir. Rusiyanın düşməni olan Qərb isə Ermənistan tərəfində və Azərbaycanın əleyhinə Cənubi Qafqaza soxulur. Bu, Rusiya və Azərbaycanı müttəfiq edir”, - o bildirib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ