Niyə məhz BAM? - İlham Əliyev-Putin görüşündə maraqlı detal


Rusiya Prezidenti Putinin növbəti həftə iş cədvəlində hansı hadisələr var?

Turkustan.az xəbər verir ki, bu barədə “Rossiya” telekanalında yayımlanan “Moskva Putin” verilişində söhbət açılır.

Bildirilir ki, aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya səfərə gedəcək:

“Moskva ilə Bakı arasında münasibətlər xüsusi tərəfdaşlıq xarakteri daşıyır”.

Putin və Əliyev xüsusilə Baykal-Amur magistralının tikintisinin başlanmasının 50 illiyi münasibətilə BAM veteranları ilə görüşəcəklər. Putin BAM veteranlarına dövlət mükafatlarını təqdim edəcək:

“Prezident Əliyev üçün Baykal-Amur magistralının tikintisi bir ailə hekayəsidir. Onun atası Heydər Əliyev sovet dövründə möhtəşəm tikinti layihəsinə rəhbərlik edib”. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ