Daha bir ölkə Bakı-İrəvan razılaşmasını alqışladı


Bu, hər iki ölkə, eləcə də bütün Cənubi Qafqaz üçün çox yaxşı xəbərdir.

Turkustan.az xəbər verir ki, bunu İsveç XİN başçısı Tobias Billström AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın X hesabında Qazaxın işğalda olan 7 kəndindən anklav olmayan 4-nün Azərbaycana qaytarılması barədə razılaşma ilə bağlı paylaşımına cavabında yazıb.

“Bu müsbət dinamika ilə biz regionda iqtisadi inkişafda, infrastrukturda və iqtisadi artımda nəzərəçarpacaq irəliləyişlərin olduğunu görə bilərik. İsveç bu məqsədə nail olmaq üçün tam qərarlıdır”, - Billström bildirib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ