“Əliyevlə Paşinyan yeni məntiqə keçib, artıq Qərblə...” – Ayrapetyan


Bakı və İrəvan növbəti mərhələdə anklavlarla (Kərki, Sofulu, Barxudarlı və Yuxarı Əskipara) bağlı məsələnin müzakirəsinə keçəcək.

Turkustan.az xəbər verir ki, bunu erməni politoloq Tatevik Ayrapetyan deyib.

“Nikol Paşinyan və İlham Əliyev birbaşa danışıqlar yolu ilə Qərb platformalarında formalaşmış danışıqlar məntiqini tamamilə kənara qoyub, yeni məntiqə keçiblər. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatından aydın olur ki, növbəti mərhələdə anklav ərazilərinin müzakirəsinə başlayacaqlar”, - ekspert vurğulayıb.

Ayrapetyanın fikrincə, 4 kəndin Azərbaycana təhvil verilməsi yeni məntiq çərçivəsində razılaşdırılıb, sərhədin delimitasiya-demarkasiyası da bu müstəvidə aparılacaq.

“Bütün bunlardan o da aydın olur ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə əlaqəli heç bir xəritə ilə bağlı razılaşma yoxdur. Yəni bütün proses hansısa xəritə olmadan baş verir”, - politoloq qeyd edib. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ