Sabah Bakının bəzi əraziləri QAZSIZ QALACAQ


Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq.

Turkustan.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Nardaran QPS” ölçü qovşağından qidalanan “Hacı Seyfəl” orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin üçüncü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə 3 may 2024-cü il tarixində saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Qeyd edilib ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsinin üçüncü yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


MANŞET XƏBƏRLƏRİ