Əməliyyatları xidmət etdiyi taborun "Son dərəcə məxfi" qovluğunda saxlanılan xúsusi təyinatlı şəhidimiz


Çox vaxt ad gününü kəşfiyyat əməliyyatında qeyd edir...

Ən böyük arzusu Şuşada doğum gününü qeyd etmək olur...

Həmişə dostlarına "Mən bu torpaqların azad olunması üçün dünyaya gəlmişəm" deyir...

Dəfələrlə pusquya düşən qrupu çətin vəziyyətdən qurtarır...

Getdiyi bütün əməliyyatlardan uğurla qayıdır...

Ağır atıcı silahları yüksək bacarıqla istifadə edə bilir...

Onun əməliyyatları xidmət etdiyi taborun "Son dərəcə məxfi" qovluğunda saxlanır...

Əməliyyatlardan birində düşmənin içində yüksək çinli zabitlər olmaqla 3 maşın canlı qüvvəsini məhv edir, silahları ələ keçirir...

Aprel döyüşləri zamanı düşmənin Talış kəndi istiqamətində irəliləyən 3 hərbi texnikasını bir neçə dəqiqənin içində məhv edir...

Rəhbərlik etdiyi qrup döyüşlərdə xüsusilə fərqlənir...

Son dəfə döyüş yoldaşlarına "Mən şəhid olsam anamı tək qoymayın. Anamdan muğayət olun. O mənsizliyə dözməz" deyir...

Əzizlərinə son dəfə "Bizim üçün dua edin" deyib, döyüşə yollanan, yaxın dostları olan Dilsuz Qarayev və Ravil Novruzovun intiqamını son düşmən nəfərinədək alan, öz çevikliyi, qorxmazlığı ilə hər zaman diqqət mərkəzində olan, təcrübəli kəşfiyyatçı, Aprel döyüşlərinin şəhidi, XTQ giziri Elmidar Səfərov!

Qəhrəmanımız Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" lll dərəcəli medala layiq görülür.

"Ana səni çox istədiyim qədər toprağımı, Vətənimi də çox istəyirəm" deyib, gənc ömrünü Vətənə qurban verən igidim! Səni qürurla, fəxrlə anırıq!

Bilirəm ki, artıq ruhun şaddır, çox arzuladığın Şuşanı dostların azad etdi. Və bu qələbədə sənin də payın var Qəhrəmanım!

Allah sənə rəhmət eləsin! Məkanın cənnət, əziz ruhun şad olsun!

Səni unutmarıq, unutdurmarıq!

Sevinc Bəhmənli


MANŞET XƏBƏRLƏRİ