Rusiyanın Ermənistanda çevriliş cəhdi yoxsa “Paşinyanın özünəqəsd planı” – SENSASİON FAKTLAR


Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməliyyat axtarış tədbirləri nəticəsində ölkədə hakimiyyətin zorla ələ keçirilməsinə cəhdin qarşısı alınıb.

Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Sizcə Paşinyanı devirmək istəyi kimlərin planıdır? Paşinyanın devrilməsi Ermənistan hakimiyyətinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Turkustan.az-ın suallarını cavablandırıb.

Tural İsmayılov:

Tural İsmayılov

Politoloq bildirib ki, “mən hesab edirəm ki, Ermənistanda Nikol Paşinyana qarşı çox kəskin və gərgin münasibətlər sistemi formalaşıb. Özəlliklə Ermənistandakı revanşistlər Paşinyan və onun ətrafındakı sorosçu komandanın devrilməsi üçün əlindən gələni edirlər və bu artıq Ermənistanda bizim yeni gördüyümüz situasiya deyil. Uzun müddətdir ki, Ermənistanda Paşinyanın hakimiyyəti ilə razılaşmayan bəlli xarici güc dairələri onun hakimiyyətdən getməsinə çalışırlar.

Aydındır ki, özəlliklə Rusiyada Nikol Paşinyanın hakimiyyətdən getməsini istəyən qüvvələrin sayı çoxdur.İndiki məqamda Rusiyanın belə bir addım atması və Paşinyanı qanundan kənar hansısa bir formada devirmək üçün təşəbbüs göstərməsini düşünmək absurd olardı. Mən hesab edirəm ki, burada biz tamamilə başqa nüansların və başqa məsələlərin də şahidi ola bilərik.Ola bilsin ki, Paşinyan özü və ətrafında ciddi siyasi böhran və Ermənistan daxilində gərgin vəziyyət olması ilə bağlı görüntü yaratmaq üçün belə bir çevriliş planı hazırlaya bilər”.

Politoloq əlavə olaraq bildirib ki, “digər bir tərəfdən bu gün Ermənistan ərazilərində ayrı-ayrı güc faktorları təmsil olunurlar. Müxtəlif siyasi mərkəzlərin çox rahat formada Ermənistan ərazilərini plasdarma çevrilməsi, əlbəttə ki, Ermənistan daxilində müəyyən narazılıqlara, müəyyən gərginliklərə səbəb ola bilər. Bu baxımdan da mən hesab edirəm ki, Paşinyana qarşı çevriliş cəhdlərini ölkə daxilindəki bəlli qruplaşmaların işi kimi də dəyərləndirmək olar”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ