Paşinyanın ilginc taktikası – “Köçəryan və Sərkisyanın hakimiyyətə yolu açılır, sonra isə…”


Ermənistanda davam edən aksiyaların arxasında sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın olması haqda versiyalar irəli sürülür. İddia edilir ki, ölkənin baş naziri Nikol Paşinyan etirazlardan Qarabağ klanına qarşı istifadə edə bilər. Belə ki, Paşinyanın ölkədə hakimiyyət dəyişikliyinə cəhd ittihamı ilə hər iki Xocalı qatilini –Köçəryan-Sərkisyan cütlüyünü həbs etdirəcəyi ehtimal edilir.

Globalinfo.az-a danışan AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib ki, Ermənistanda baş verən aksiyaların arxasında bir neçə qüvvə dayanır:

“Qarabağ klanı, erməni kilsəsi etirazları təşkil edənlərdəndir. Onlar Azərbaycana nifət ruhunda tərbiyə edilib, yetişdiriliblər. Ermənistan üzərində öz təsirlərini qoruyub saxlamağa çalışan qüvvələr də var ki, bu prosesdə katalizator rolunu oynayırlar.

Ermənistan Baş naziri Nikol Paşinyan da hazırkı vəziyyətdən maraqları naminə yararlanmağa çalışır. Azərbaycanla danışıqlar kontekstindən Paşinyan sözügedən aksiyaları göstərərək vaxt tələb edə, bununla da geosiyasi proseslər dəyişənə qədər prosesi ləngidə bilər”.

E.Kəlbizadənin sözlərinə görə, Nikol Paşinyanın mövcud aksiyalardan rəqibləri Köçəryan və Sərkisyana qarşı istifadə etməsi də mümkün variantlardandır:

“2018-ci ildən etibarən Nikola təhlükə yaradan qüvvələr Qarabağ klanındakı şəxslərdir. Onların fəaliyyəti isə ölkə daxilində sabitliyi pozmağa hesablanıb. İtirdikləri hakimiyyəti qaytarmağa çalışırlar. Nikol Paşinyan öz məqsədləri naminə həmin prosesin də qarşısını ala bilər. Digər tərəfdən, o, Ermənistanda baş verən özbaşınalıqlara nisbətən loyal yanaşaraq, xarici və daxili məqsədləri üçün istifadə edəcəyi qüvvə yaratmaq istəyə bilər”.


MANŞET XƏBƏRLƏRİ