Misir mediası: "Atəşkəs danışıqları bu gün başa çatacaq"


İsrailin Fələstində dinc sakinlərə hücumları davam edərkən, yeni bir iddia ortaya atılıb.

Bildirilib ki, Misirin paytaxtı Qahirədə Qəzzada atəşkəs və əsir mübadiləsi üçün nümayəndə heyətləri arasında aparılan danışıqlar bu gün yekunlaşacaq.

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama Misirdə yayımlanan "Əl-Qahirə əl-İxbariyyə" televiziyasının yüksək səviyyəli bir məmura əsaslanaraq xəbərində yer alıb.

Xəbərə görə, adı açıqlanmayan rəsmi Qahirədə tərəflər arasında aparılan danışıqların bu gün yekunlaşacağını bildirib.

Rəfahda gərginliyi artırmağın təhlükəli olduğunu İsrailə çatdırdıqlarını bildirən mənbə Misirin istənilən ssenariyə hazır olduğunu bildirib.

Misirdə yayımlanan “Əl-Qahirə əl-İxbariye” televiziyasının dünənki xəbərində yüksək səviyyəli bir məmura əsaslanaraq, Qahirədəki danışıqlarda Həmas, Qətər və ABŞ-dan nümayəndə heyətlərinin iştirak etdiyi bildirilib.

Xəbərdə Qətər və ABŞ nümayəndə heyətlərinin Misir təhlükəsizlik heyəti və HƏMAS heyəti ilə görüşlərini davam etdirdiyi, Misirin Qəzza zolağında atəşkəsin təmin edilməsi istiqamətində səylərini davam etdirdiyi bildirilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ