Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alındı


Avropa Birliyinin (Aİ) Kopernik peyk izləmə sistemi tərəfindən aparılan ölçmələrə görə, keçən ay qlobal miqyasda indiyə qədər qeydə alınan "ən isti aprel" olduğu bildirilir.

Turkustan.az xəbər verir ki, Kopernik tərəfindən edilən açıqlamada, keçən ayın orta səth hava istiliyinin 15,03 dərəcə olaraq ölçüldüyü ifadə edilib.

Açıqlamada, bu ölçünün yanvar ayı üçün 1991-2020-ci illərin orta göstəricisindən 0,67 dərəcə yuxarı olduğu ifadə edilib.

Açıqlamada keçən ayın dünyada indiyə qədər qeydə alınan "ən isti aprel" olduğu və son 12 ayın ardıcıl olaraq qeydə alınan ən isti aylar olduğu qeyd edilib.

Açıqlamada, son 12 ayda (2023-cü ilin may-2024-cü ilin aprel ayları) qlobal orta temperaturun 1991-2020-ci illərin orta göstəricisindən 0,73 dərəcə yüksək olduğu bildirilib.

Həmçinin bildirilib ki, havanın temperaturu əsasən Şərqi Avropa regionunda orta səviyyədən yüksək olub.

Dünyadakı vəziyyətin də yer aldığı açıqlamada Avropadan kənarda Şimali Amerikanın şimal və şimal-şərqində, Qrenlandiya, Şərqi Asiyada, Yaxın Şərqin şimal-qərbində, Cənubi Amerikanın bəzi bölgələrində temperaturun orta səviyyədən yüksək olduğu qeyd edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ