İtaliyada İkinci Dünya Müharibəsi həyəcanı: 36 min insan...


İtaliyanın mərkəzindəki Viterbo şəhərində İkinci Dünya Müharibəsindən qalma bombanın çıxarılması üçün 36 min insan təxliyə edilib.

Turkustan.az xəbər verir ki, İtaliya mətbuatında çıxan xəbərə görə , martın 20-də Viterbo şəhərinin Alcide de Qasperi küçəsindəki bir binanın tikintisində tapılan İngiltərə istehsalı 2 tonluq bombanın daşınması üçün bu gün genişmiqyaslı iş aparılıb.

Aparılan işlər çərçivəsində Viterbo şəhərində bombanın yerləşdiyi məhəllə qırmızı zona elan edilib, bölgədəki ibtidai və orta məktəblər bağlanıb, 36 min sakin təxliyə edilib.

İtaliya ordusuna aid bomba zərərsizləşdirmə qruplarının həyata keçirdiyi həssas iş səhər saatlarında başlayıb.

Bildirilib ki, ekspert qruplarının işi zamanı bomba daşınmaq üçün təhlükəsiz vəziyyətə gətiriləcək və daha sonra məhv ediləcəyi hərbi obyektə aparılacaq.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ