Paşinyanı devirmək istəyən keşiş – Arxasındakı güc üzə çıxdı


Keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi aksiya Rusiyadan idarə olunur.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Artur Ovannisyan deyib.

“Əsaslar, faktlar uzaqdan gəlir. Bəli, iddia edirik ki, Ermənistanın dövlət sərhədinin olmasını istəməyən qüvvələr vəziyyəti gərginləşdirə biləcək proseslər təşkil edir, ölkədə çevriliş həyata keçirmək və hakimiyyətə gəlmək üçün hər şeyi edirlər. Bu onların məqsədidir, öz adamlarının hakimiyyət başında dayandığı bir bölgəyə sahib olmaq istəyirlər. Qarabağ müharibədən sonra etdiklərini təkrarlamağa çalışırlar”, - deputat bildirib.

Ovannisyan faktların nədən ibarət olması ilə bağlı aydınlaşdırıcı suala belə cavab verib:

“Gedin, baxın, Rusiyanın dövlət telekanallarında hansı çağırışlar edilir, gedin, siyasətçilərin mətnlərinə qulaq asın, Ermənistanı illərlə soyub Rusiyaya qaçan insanların canlı yayımlarına qulaq asın”. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ