Polşada casus həyəcanı: Nazirlərin görüşündə dinləmə cihazı tapıldı


Rusiya-Ukrayna müharibəsi səbəbindən gərginliyin yüksək olduğu Polşada casus panikası artır.

Turkustan.az xəbər verir ki, Polşa xüsusi təyinatlıları bu gün keçiriləcək Nazirlər Şurasının iclasından əvvəl zalda dinləmə cihazları aşkar ediblər.

Xüsusi təyinatlılar sözçüsü sosial mediada verdiyi açıqlamada, "Nazirlər Şurasının iclasına sızmaq üçün yerləşdirilən dinləmə cihazları aşkar edilərək zərərsizləşdirilib" dedi.

Rusiyaya qarşı döyüşən Ukraynaya dəstək verən ölkələrdən biri olan Polşa son vaxtlar artan casusluq fəaliyyətləri səbəbindən ehtiyat tədbirlərini artırır.

Dünən dövlət məxfi məlumatlarına çıxışı olan polşalı hakimin Rusiyanın müttəfiqi Belarusdan sığınacaq istəməsi də müzakirələrə səbəb olub. Bu vəziyyət Polşa daxilində casusluq fəaliyyətinin ciddi səviyyədə olduğunun göstəricisi kimi qiymətləndirilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ