Pentaqonun Rusiyanın nüvə silahı təliminə reaksiyası


Pentaqon Rusiyanın qeyri-strateji nüvə silahlarının da istifadə olunacağı hərbi təlim keçirmək qərarına cavab verib.

Turkustan.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general Pat Ryder Rusiyanın Ukrayna sərhədi yaxınlığında nüvə təlimləri keçirmək planını “məsuliyyətsiz ritorika” kimi qiymətləndirib.

Rusiyanın Ukrayna yaxınlığında nüvə silahı təlimi keçirdiyini açıqladıqdan sonra mətbuata açıqlama verən Rayder, "Bu, keçmişdə Rusiyadan eşitdiyimiz məsuliyyətsiz ritorikanın bir nümunəsidir. Mövcud təhlükəsizlik vəziyyətini nəzərə alsaq, bu tamamilə yersizdir" dedi.

Rusiya prezidenti Vladimir Putin Fransa, İngiltərə və ABŞ-ın “təxribat və təhdidlərinə” cavab olaraq ölkədə qeyri-strateji nüvə silahlarının iştirak etdiyi hərbi təlim keçiriləcəyini açıqlayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ