Spiegel: "Putinin andiçmə mərasimi Aİ-ni parçaladı"


Aİ daxilində Moskvada akkreditə olunmuş diplomatların Rusiya prezidenti Vladimir Putinin qarşıdan gələn andiçmə mərasimində iştirak etmələrinin məqsədəuyğunluğu ilə bağlı fikir ayrılıqları yaranıb. Ona dəvətlər Rusiya Federasiyasındakı bütün diplomatik nümayəndəliklərin rəhbərlərinə göndərilib.

Turkustan.az xəbər verir ki, Almaniyanın "Spiegel" nəşri mənbələrə istinadən yazır ki, Fransa, Macarıstan və Slovakiya mərasimə öz nümayəndələrini göndərməyə hazır olduqlarını bildiriblər və bunu Moskva ilə dialoq kanallarını açıq saxlamaq zərurəti ilə izah ediblər.

Almaniya və digər Aİ-yə üzv ölkələr isə Vladimir Putinin andiçmə mərasiminə öz nümayəndələrini göndərməyi zəruri hesab etmirlər . Böyük Britaniyadan olan nümayəndələr də mərasimdə iştirak etməyəcəklər .

Tədbirdə həmçinin Aİ-nin Moskvada rəsmi nümayəndəsi olmayacaq. Aİ-nin diplomatik rəhbəri Josep Borrell andiçmə mərasimində iştiraka qarşı çıxdı, lakin bəzi Aİ diplomatları onun mövqeyi ilə razılaşmadılar. Aİ bu məsələ ilə bağlı hələ razılaşdırılmış qərar qəbul etməyib, Aİ-nin xarici siyasət sözçüsü Peter Stano bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ