Dünya gündəmini sarsıdan iddia: Netanyahu gizli məktubla...


İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi iddia edilib.

Turkustan.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu Qəzzaya hücumlara verilən reaksiyalar, dünyanın hər yerindən atəşkəs çağırışları və ölkədəki üsyanların səngiməyən üsyanı, həmçinin “gizli məktub” səbəbiylə küncə sıxışdırılıb. İsrail mediası Netanyahunun 2018-ci ildə Qətərə gizli məktub göndərərək HƏMAS üçün pul istədiyini yazıb.

Yediot Ahronot qəzetindəki xəbərdə , yalnız bir neçə nəfərin gördüyü deyilən məktubda Netanyahunun Qətərdən Qəzzaya aylıq 30 milyon dollar maliyyə yardımı etməsini istədiyi bildirilib.

Məktubda Netanyahunun HƏMAS-a veriləcək maliyyənin "regional sabitliyi qoruyacağını və humanitar böhranın qarşısını alacağını" söylədiyi vurğulanıb .

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ