ABŞ-dən Ermənistana hərbi dəstək: Səfir söz verdi


Ermənistan müdafiə naziri Suren Papikyan ABŞ-nin ölkəsindəki səfiri Kristina Kuinlə görüşüb.

Turkustan.az xəbər verir ki, görüşdə Ermənistanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın hazırkı kursu və inkişaf perspektivləri müzakirə edilib.

İki tərəf arasında əməkdaşlığın hazırkı səviyyəsi yüksək qiymətləndirlib. Amerika tərəfi Ermənistanda həyata keçirilən müdafiə islahatlarını bundan sonra da dəstəkləməyə hazır olduğunu bildirib.

Müdafiə naziri və səfir regional təhlükəsizliklə bağlı məsələləri də müzakirə edib. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ