Makron yenə təkrarladı: Fransa Ukraynaya qoşun göndərə bilər!


Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərilməsini istisna etmədiyini təkrarlayıb. O, Rusiyanın Ukraynada cəbhə xəttini yarıb keçəcəyi və Kiyevin belə bir tələb irəli sürəcəyi təqdirdə məsələnin qanuni şəkildə qaldırılacağını bildirib.

Turkustan.az xəbər verir ki, Makron bu barədə “The Economist”ə müsahibəsində bildirib.

“Dediyim kimi, mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən birinə qarşıyıq”, - deyə Makron bu ilin əvvəlində Ukraynaya Qərb qoşunlarının göndərilməsini istisna etməyən sözlərindən geri çəkilmədiyini söyləyib.

Fevral ayında Makronun açıqlaması müxtəlif ölkələrdə narazılığa səbəb olmuşdu. Bir sıra ölkələr, eləcə də NATO-nun baş katibi Ukraynaya döyüş qüvvələri göndərməyi planlaşdırmadıqlarını bəyan ediblər. /modern.az/


MANŞET XƏBƏRLƏRİ