Paşinyan ölkəsindəki GPS-in işindən ŞİKAYƏTLƏNDİ: “Sərhəddə ölçmə aparanda…”


“Gözümüzün qarşısında təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan strukturlar və ölkələr öz öhdəliklərini yerinə yetirə bilməyiblər. Buradan belə çıxır ki, biz özümüzə güvənməli və təhlükəsizliyi təmin etmək üçün tədbirlər görməliyik”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib.

“Xəritədə sərhəd postunun harada yerləşdiyini təsvir edirik, lakin yerdəki koordinatları təyin edən GPS cihazından istifadə edərək yerində ölçmə aparmağa gedəndə kənarlaşmalar yaranır. Zəmanətimiz mövqeyimizin legitimliyindədir. Bu, son dərəcə vacibdir”, - deyə Paşinyan qeyd edib. /bizim.media/az/


MANŞET XƏBƏRLƏRİ