Rusiya Harry Potter qalasını vurdu: Ölənlər və yaralananlar var


Ukraynanın Odessa limanında yerli əhalinin “Harri Potter qalası” adlandırdığı bina ötən gün Rusiyanın raket hücumuna məruz qalıb. Hücum nəticəsində 4 nəfərin öldüyü, 32 nəfərin yaralandığı açıqlanıb.

Turkustan.az xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DSNS) dünən Rusiyanın Ukraynanın Odessa limanına raket hücumu nəticəsində 4 nəfərin öldüyünü, 32 nəfərin yaralandığını açıqlayıb.

Hücumda yerli əhalinin "Harri Potter qalası" adlandırdığı bina vurulub. Ukrayna mətbuatının məlumatına görə, hücum zamanı binada keçmiş deputat Serhiy Kivalov da olub. Binada Kivalovun rəhbərlik etdiyi Odessa Hüquq Akademiyası yerləşir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ