BMT-dən Qəzza xəbərdarlığı


Birləşmiş Millətlər Təşkilatının Minalarla Mübarizə Xidmətinin (UNMAS) Fələstin rəhbəri Munqo Birç, böyük miqdarda partlamamış bomba riski səbəbiylə Qəzzanın "ən təhlükəli mərhələdə" olduğu barədə xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, BMT-nin Cenevrə Ofisindən verilən yazılı açıqlamaya görə, Birç Cenevrədə başlayan “27-ci Beynəlxalq Mina Təmizləmə Milli Direktorları və Məsləhətçilər Toplantısı” çərçivəsində qiymətləndirmələr edib.

Birç, 7 oktyabr 2023-cü ildən bəri İsrailin sıx hücumlarına məruz qalan Qəzzanın böyük miqdarda partlamamış bomba riski səbəbiylə "ən təhlükəli mərhələdə" olduğu barədə xəbərdarlıq edib.

Qəzaların çoxunun insanların Qəzzanın şimalına qayıtmağa başladığı zaman baş verəcəyini ifadə edən Birç, "Çünki partlamamış bombaların harada olduğunu bilməyəcəklər" dedi.

Birç, Qəzzanın şimalına qayıdış başlayanda insanlara ehtiyac duyduqları risk təhsilinin verilməsinin vacibliyinə diqqət çəkdi.

BMT baş katibinin Sülh Əməliyyatları üzrə müavini Jan-Pier Lakroa UNMAS-a humanitar səylər və risk araşdırmaları kimi fəaliyyətlərində dəstək olduqlarını qeyd edib.

Lakroix həmçinin Qəzzada humanitar atəşkəsin təmin edilməsinin prioritet olaraq qaldığını vurğulayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ