Estoniya Rusiyanının təyyarələrə GPS siqnallarına müdaxilə etməkdə günahlandırır


Finlandiyanın Finnair aviaşirkəti Tartu şəhərinə uçuşları ləğv etdikdən sonra Estoniya Rusiyanı təyyarələrin GPS sisteminə müdaxilə etməkdə ittiham edib.

Turkustan.az xəbər verir ki, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ictimai yayımçı ERR-ə açıqlamasında təyyarənin GPS sisteminə qarşı müdaxilələri “hibrid hücum” kimi qiymətləndirib və hadisəyə görə Rusiyanın məsuliyyət daşıdığını bildirib.

Tsahkna, mövzuAİvə bunu NATO-da gündəmə gətirməyi planlaşdırdığını ifadə edərək, "Rusiya onların yaratdığı müdaxilənin hava nəqliyyatımız üçün çox təhlükəli olduğunu çox gözəl bilir. Bu, gündəlik həyatımızın axarını pozan, insanların həyatını çətin vəziyyətə salan düşünülmüş bir hərəkətdir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ