Husilər: “Qırmızı dənizdə 2 ABŞ esminesini və 1 İsrail gəmisini hədəf aldıq”


Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə 2 ABŞ esminesini və Hind okeanında 1 İsrail gəmisini pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə aldıqlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Husilərin Hərbi Sözçüsü Yəhya Seri televiziya kanalına verdiyi açıqlamada Qırmızı dənizdə 2 ABŞ esminesini İHA-larla hədəfə aldıqlarını və məqsədlərinə çatdıqlarını bildirib.

Seri, "dəniz qüvvələri, raket qüvvələri və hava qüvvələrinin" Qırmızı dənizdə birgə əməliyyatda CYCLADES gəmisini hədəf aldığını və vurduğunu bildirib. Seri, bu gəminin aprelin 21-də Eylat limanına getdikdən sonra hədəf alındığını və gəmilərin işğal olunmuş Fələstin limanlarına (İsrail) keçməsinə qoyulan qadağanı pozduğunu bildirib.

Yəhya Seri Hind okeanındadırİsrailO, bildirib ki, ona məxsus MSC ORION gəmisi bir çox İHA-nın hədəfində olub.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ