III Dünya savaşı davam edir - Podolyak


Üçüncü Dünya müharibəsi davam edir.

Turkustan.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Üçüncü Dünya müharibəsi artıq gedir. Bəli, bu ola bilsin ki, hamının düşündüyü olmasın. İkinci Dünya savaşı başlayanda çoxları bunun dünya müharibəsi olduğuna şübhə edirdi. Həmçinin Birinci Dünya müharibəsində də belə oldu”, - deyə Podolyak bildirib.

O, Rusiya ilə Avropanın bir-birinə qarşı savaşdığını söyləyib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ