Qərbin sanksiyaları Rusiyanın İsveçrədəki aktivlərinin dəyərini aşağı salıb


İsveçrənin dondurduğu Rusiya pullarının ümumi məbləği il ərzində 1,86 milyard dollar azalıb.

Turkustan.az xəbər verir ki, Federal Şura, İsveçrənin 2023-cü ilin sonunda 6,35 milyard dollar saxladığını, 2022-ci ilin dekabrından əhəmiyyətli dərəcədə azaldığını bildirdi. Fərq Rusiya tərəfinin vəsaitlərini yatırdığı qiymətli kağızların dəyərsizləşməsi ilə izah olunur. Bu günə qədər yeddi kantonda əlavə 17 mülk dondurulub.

RİA Novosti xatırladır ki, 2023-cü ildə Bern daha 635 milyon dollar, habelə sanksiyalara məruz qalan fiziki və ya hüquqi şəxslərə məxsus daşınmaz əmlak və dəbdəbəli malları bloklayıb.

Eyni zamanda, sanksiya siyahılarının dəqiqləşdirilməsi və yoxlanılması nəticəsində 2023-cü ildə Rusiyanın 320 milyon dollara yaxın aktivi dondurulub. Bu aktivlərin dondurulması üçün hüquqi şərtlər yerinə yetirilməyib.

İsveçrə Avropa İttifaqının və ya NATO-nun üzvü deyil, lakin 24 fevral 2022-ci ildən etibarən Rusiyaya qarşı demək olar ki, bütün Avropa sanksiyalarına qoşulub.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ