NATO təlimi zamanı bir əsgər həlak oldu


İspaniya Quru Qoşunları Komandanlığı NATO-nun Polşadakı təlimi zamanı bir ispan əsgərin öldüyünü açıqlayıb.

Turkustan.az xəbər verir ki, İspaniya Quru Qoşunları Komandanlığından verilən açıqlamada NATO-nun Mühafizə olunan Piyada Batalyonunun və digər müttəfiq ölkələrdən müxtəlif birliklərin qatıldığı “Sabit Müdafiəçi 24” adlı manevrdə həqiqi güllələrdən istifadə edilməklə taktiki təlimə başlanıldığı bildirilib.

Yazıda 43 yaşlı BGPA adlı onbaşının taktiki məşq zamanı aldığı güllə nəticəsində həyatını itirdiyi bildirilib.

Yazıda əsgərin ölümü ilə bağlı böyük hüznün olduğu bildirilib, xidmətdə olduğu Seuta şəhərindəki hərbi hissədə mərhum əsgərin ailəsinə və həmkarlarına başsağlığı verilib.

Digər tərəfdən İspaniyanın baş naziri Pedro Sançes də X hesabında məsələ ilə bağlı paylaşım edib.

Sanzhez, "Bu gün Polşada NATO təlimi zamanı qəza nəticəsində həlak olan ispan əsgərin ailəsinə və bütün dostlarına, Quru Qoşunları Komandanlığının ailəsinə və Ceutadakı bölmədə xidmət edən əsgərlərə dərin hüznlə başsağlığı verirəm" dedi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ