Hizbullah İsrail ordusunun mövqelərinə hücum edib


Hizbullah Hərəkatı Livanın cənubunda İsrail ordusunun mövqelərinə Katyuşa raketləri və müxtəlif silahlarla hücum təşkil etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Hizbullahın verdiyi açıqlamada İsrailin 91-ci briqadasının yerləşdiyi Eyn Zetiemdəki bazaya onlarla Katyuşa raketinin atıldığı bildirilib.

Eyni zamanda qeyd olunub ki, İsrailin işğalı altında olan və Livana aid olan Kəfr Şuba təpələrində yerləşən Əl-Smaki hərbi bazası və Livanın Vzani kəndi ilə üzbəüz yerləşən İsrail hərbi mövqeyində kəşfiyyat məlumat toplama cihazları vurulub.

İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabr 2023-cü il tarixindən bu yana davam edən qarşıdurmalarda 283 Hizbullah üzvü, 54 Livanlı mülki vətəndaş, 18 Amal Hərəkatı, 13 Həmas, 12 İslami Cihad üzvü, 7 İsrail vətəndaşı və 12 əsgər həlak olub.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ