“Patriot”lar yaxında Ukraynaya veriləcək - Stoltenberq


NATO-ya üzv olan bir sıra ölkələr tezliklə “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsi ilə bağlı qərarlarını açıqlaya bilərlər.

Turkustan.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“Almaniya artıq əlavə “Patriot” sisteminin tədarükünü elan edib. Görünür, digər müttəfiq ölkələr də oxşar tədarükləri yaxın günlərdə və ya ən azı tezliklə elan edəcəklər. Biz hava hücumundan müdafiə batareyaları və sursatların istehsalı üzərində işləyirik ki, onları mümkün qədər tez Ukraynaya çatdıraq”, - Stoltenberq bildirib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ