Əsəddən diqqət çəkən açıqlama


Türkiyə ilə Suriya arasındakı normallaşma danışıqları nəticəsiz qalsa da, Əsəddən diqqətçəkən bir açıqlama gəlib.

Turkustan.az xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd Qərblə münasibətləri yaxşılaşdırmaq üçün ABŞ ilə danışıqlar apardıqlarını açıqlayıb.

Dünən verdiyi müsahibədə Əsəd Suriya rəhbərliyinin vaxtaşırı ABŞ rəsmiləri ilə görüşdüyünü qeyd edərək, "ABŞ hazırda ərazilərimizin bir hissəsini işğal edib. Biz hələ də onlarla görüşürük, lakin bu danışıqlar heç bir yerə getmir" deyib.

Qərblə münasibətləri yaxşılaşdırmaq mümkün olub-olmaması ilə bağlı suala Suriya lideri "Ümid həmişə var. Nəticə olmayacağını düşünsək də, cəhd etməliyik" cavabını verib.

2011-ci ildə başlayan müharibədən sonra Suriya son zamanlar xüsusilə Körfəz ərəb ölkələri ilə münasibətlərini yaxşılaşdırmağa başlayıb.

Qərb ölkələri və ABŞ Suriyaya qarşı sanksiyalarını davam etdirir.

Ötən il Türkiyə ilə Suriya arasında normallaşma danışıqları da gündəmdə idi, lakin Dəməşq rəhbərliyi danışıqların davam etdirilməsi üçün türk əsgərlərinin Suriyadan çıxarılmasını tələb etmişdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ