“Xeyrimli, Qızıl Hacılı, yaxud Aşağı Əskipara uğrunda kim vuruşacaq” - Taron Çaxoyan


“Bizi heç kim xilas etməyəcək, Qarabağda baş verənlər də bunun bariz nümunəsidir”.

Turkustan.az erməni mediasına istinadən xəbər verir ki, bu fikri Ermənistan Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan “Facebook” hesabında yazıb.

O, Azərbaycanın 4 kəndinin qaytarılmasına etiraz edən qüvvələrə ismarıc göndərib: “Tavuşda dövlət sərhədinə qarşı vuruşanların vətəni Xeyrımlı, yoxsa Qızıl Hacılı və ya Aşağı Əskiparadır? Onların neçəsi heç vaxt Ermənistanın tərkibində olmayan Azərbaycan yaşayış məntəqələri uğrunda döyüşməyə hazırdır? Onların neçəsi ərini, atasını, oğlunu döyüşə göndərməyə hazırdır? Onların neçəsi müharibənin acı nəticələrini çəkməyə hazırdır? Nüharibənin acı nəticələrini muzdlu təbliğatçılar deyil, sıravi vətəndaşlar, xüsusən də yerli kəndlilər, əsgərlər çəkəcək”.

Ermənistan baş nazirinin aparat rəhbərinin müavini bildirib ki, müharibə uzaqda deyil. “Dişlərini itiləyiblər, fürsət gözləyirlər ki, əvvəlcə Ermənistandan ərazilər zəbt etsinlər, sonra onu periferik əyalətə çevirərək, Qarabağ kimi gümüş nimçədə təqdim etsinlər”.

O, nəzərə çatdırıb ki, müharibənin başlanmasına səbəb ola biləcək əsasları neytrallaşdırmaq üçün kifayət qədər siyasi iradə və qətiyyət olmalıdır. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ