Çevriliş hazırlıqları şübhəsiylə axtarılan iş adamı tutuldu


Qırğızıstanda dövlət çevrilişinə hazırlıqda şübhəli bilinərək axtarışda olan iş adamı İmamidin Taşov yaxalanıb.

Turkustan.az xəbər verir ki, Qırğızıstanda kütləvi üsyan yolu ilə hökuməti devirməyə hazırlaşmaqda şübhəli bilinərək axtarışda olan iş adamı İmamidin Taşovun yaxalandığı bildirilib.

Milli Təhlükəsizlik Dövlət Komitəsinin Mətbuat Mərkəzindən verilən yazılı açıqlamada bildirilib ki, əməliyyat zamanı Qırğızıstan-Qazaxıstan sərhədindən ölkəyə qanunsuz daxil olan tikinti şirkətinin rəhbəri İmamidin Taşov saxlanılıb. Açıqlamada Taşovun hakimiyyəti ələ keçirmək üçün sosial şəbəkələr vasitəsilə ictimaiyyəti çaşdırmağa çalışdığı bildirilib.

Yanvar ayında təhlükəsizlik qüvvələri çevriliş hazırlamaqda şübhəli bilinən qrupa qarşı əməliyyat keçirib. Çevriliş hazırlığının təşkilati fəaliyyətinin Taşov tərəfindən maliyyələşdirildiyi barədə məlumatların əldə edildiyi açıqlanıb.

Milli Təhlükəsizlik Dövlət Komitəsi Taşov barəsində həbs qətimkan tədbiri seçib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ