Qlobal hərbi xərclərdə rekord: İlk 5 ölkə açıqlandı


SIPRI-nin 2023-cü il üçün qlobal hərbi xərclərə dair hesabatına əsasən, ötən il dünya üzrə hərbi xərclər 6,8 faiz artıb. Hesabata görə, müdafiəyə ən çox pul xərcləyən ölkələr ABŞ, Çin və Rusiya olub. Türkiyə bir əvvəlki ilə görə yüzdə 37 artımla bir pillə yüksələrək 22-ci yerdə qərarlaşıb.

Turkustan.az xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2023-cü il üçün qlobal hərbi xərclər hesabatını açıqlayıb.

Hesabatda qlobal hərbi xərclərin 2023-cü ildə əvvəlki illə müqayisədə real ifadədə yüzdə 6,8 artaraq 2 trilyon 443 milyard dollara çatacağı, Avropa, Afrika və dünyada hərbi xərclərin kəskin artacağı ifadə edildi. Yaxın Şərqdə keçən ilki artımın təsirli olduğu vurğulanıb.

Hesabatda qlobal hərbi xərclərin ardıcıl 9 il artdığı və son 3 ildə rekord qırdığı, adambaşına düşən qlobal hərbi xərclərin isə 306 dollarla 1990-cı ildən bu yana ən yüksək səviyyəyə çatdığı bildirilib.

2023-cü ildə hərbi xərclərə ən çox pul xərcləyən beş ölkə ABŞ , Çin , Rusiya , Hindistan və Səudiyyə Ərəbistanı olub, bu ölkələrin xərcləri isə dünya hərbi xərclərinin 61 faizini təşkil edib.

Hesabatda ABŞ-ın xərclərinin 2023-cü ildə əvvəlki ilə nisbətən 2,3 faiz artaraq 916 milyard dollara çatdığı, ölkənin hərbi xərclərinin isə 2014-2023-cü illərdə 9,9 faiz artdığı qeyd edilib.

Hesabatda ABŞ-ın keçən il hərbi xərclərinin NATO-nun ümumi hərbi xərclərinin 68 faizini təşkil etdiyinə diqqət çəkilib.

Avropalı NATO üzvlərinin əksəriyyəti keçən il hərbi xərclərini artırsa da, onların NATO-dakı ümumi payı 28 faizə çatıb ki, bu da son on ilin ən yüksək səviyyəsidir.

Hesabatda Çinin xərclərinin 2014-2023-cü illərdə yüzdə 60, hərbi xərclərinin isə keçən il yüzdə 6 artaraq 296 milyard dollara çatdığı ifadə edilib.

Hesabatda Hindistanın xərclərinin keçən il 4,2 faiz artaraq 83,6 milyard dollara yüksəldiyi, Hindistanın hərbi xərclərinin isə 2014-2023-cü illərdə yüzdə 44 artdığı qeyd edilib.

Hesabatda Çin və Hindistanla yanaşı, 109 milyard dollarlıq xərclə Rusiya və 75,8 milyard dollarlıq xərclə Səudiyyə Ərəbistanının da qlobal miqyasda ən çox hərbi xərclərə sahib olan ölkələr arasında yer aldığı və hərbi xərclərin ən çox olduğu bildirilir. 5-ci sırada olan Səudiyyə Ərəbistanının isə hər il yüzdə 4,3 artdığı bildirildi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ