İsrail Qüds yaxınlığında Dəmir Günbəz hava müdafiə sistemi yerləşdirdi


İsrail aprelin 1-də İranın Dəməşqdəki konsulluğunun binasına hava hücumu həyata keçirib. Hücum nəticəsində 2-si İran İnqilab Keşikçiləri Ordusunun generalı olmaqla, ümumilikdə 7 nəfər həlak olub.

İran bəyan etmişdi ki, İsrailin konsulluğuna hücum onun ölkə ərazisinə hücum deməkdir və onlar cavab verəcəklər.

İsrail də İranın hücumlarına cavab verəcəyini bəyan edib.

İran aprelin 13-də yüzlərlə kamikadze pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlərlə İsrailə hücum edib və bəzi hərbi hədəflərin vurulduğunu açıqlayıb.

İsrail bildirib ki, hücumların əksəriyyətinin qarşısı hava hücumundan müdafiə sistemləri tərəfindən alınıb, lakin raket cənubdakı hərbi bazaya düşüb.

İranın hava hücumlarından sonra İsrail ordusu Qüds yaxınlığında “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi yerləşdirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ