İsrailin İrana hücumu nəticəsində 12 jurnalist həlak olub


İran dövlət televiziyası İsrailin iyunun 13-də İrana təşkil etdiyi hücumlarda 12 jurnalistin öldüyünü açıqlayıb.

Turkustan.az xəbər verir ki, hücumlarda həyatını itirən və sonradan şəxsiyyətləri müəyyən edilənlər arasında Salih Bayrami və Ebülfəzl Fethi adlı iki jurnalistin olduğu, Əlborz vilayətində hücumlarda yaralanan qadın jurnalist Fatma Salihinin də həyatını itirdiyi bildirilib.

Buna görə hücumlarda həyatını itirən jurnalistlərin sayı 12-yə yüksəlib.

Daha əvvəl İsrailin hücumu zamanı baş qərargah rəisi general-mayor Məhəmməd Bakırinin qızı Fereşte Bakıri, İhsan Zakiri, Əli Təhmasebi, Muin Nezeri, Ramazan Əli Çubdari, Əmir Hüseyn Tavusi, Məhəmməd Cavad Elvendi, Məsumə Əzimi və Nima Receppur adlı jurnalistlərin də olduğu açıqlanmışdı.

Məsumə Əzimi və Nima Rəcəbpur iyunun 16-da İsrailin İranın Radio və Televiziya Korporasiyasına (IRİB) endirdiyi hava zərbəsi nəticəsində həlak olublar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ