Bakıdakı geyim mağazaları cinsi azlıqları TƏBLİĞ EDİR


Azərbaycanda Qərbə məxsus bir çox şirkətlərin geyim mağazalarında cinsi azlıqların təbliğatının aparıldığı müşahidə edilir. Gəncləri yoldan çıxarmaq, Azərbaycanın ailə dəyərlərini, milli dəyərləri korlamaq üçün bu vasitəyə əl atılır.

Qərbdən gələn bu təhkülənin qarşısını necə almaq olar?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev Modern.az-a açıqlama verib.

“Azərbaycan gəncliyi milli-mənəvi keyfiyyətlərə malik olmaqla ailə dəyərlərinə sadiqdirlər. Ancaq çox təəssüf ki, son dövrlərdə bu dəyərləri sarsıtmağa qarşı Qərbdən xüsusi təsirlər göstərilir. Azərbaycan ailəsinin bütövlüyünü sarsıtmaq üçün bir çox meyillər mövcuddur. Ailə dövlətin tərkib hissəsidir. Azərbaycan ailəsi möhkəmdirsə, dövlət də möhkəmdir, mübarizdir. Uzun müddətdir bu səylər göstərilir. Bunun nəticəsidir ki, bəzi hallarda boşanmaların sayı artır. Bunları görməyən müəyyən şəxslər illuziyalara aldanır. Ailə təməllərini sarsıdırlar. Ancaq müəyyən meyillərlə gənclərin adına xələl gətirmək, onların nüfuzuna ziyan vurmaq olmaz. Çünki gənclərin vətənpərvərliyi mübarizliyi 44 günlük müharibədə özünü aydın göstərdi”.

Tahir Rzayev Qərbə məxsus şirkətlərin mağazaların müəyyən formalarda cinsi azlıqların təbliğatını aparımaqla məşğul olduqlarını təsdiqləyib:

“Belə insanlar Azərbaycanda da var. Bəzi hallarda onların toplantısının keçirilməsinə, çağırışlar edilməsinə səylər göstərilib. Ancaq bu, cəmiyyət tərəfindən kəskin nifrətlə qarşılanıb. Ona görə də belə şirkətlərin mağazaları, geyim obyektləri mütləq nəzarətdə saxlanılmalı, fəaliyyəti dayandırılmalıdır. Çünki ailə dəyərlərini korlamaq, sarsıtmaq Azərbayacan üçün yaxşı heç nə vəd edə bilməz. Dəfələrlə cinsi azlıqların fəaliyyətinin canlandırılmasına qarşı ölkədə müəyyən cəhdlər göstərilib. Yaxşı haldır ki, hüquq- mühafizə orqanları tərəfindən qarşısı alınır. Hər bir vətəndaş bu sahədə öz mübarizliyini göstərməli, ictimai qınaq metodu geniş təbliğ olunmalıdır. Sözsüz ictimai yerlərdə bu zərərli meyillərin gələcək üçün nə qədər ziyanlı olduğu gənclərə aşılanmalıdır”.

Xalq artisti, kinorejissor Əbdül Mahmudovun da fikirlərini öyrəndik

O hesab edir ki, bu proses böyük modelin bir hissəsidir:

“Bu böyük modeldir. Həmin modelin xırda-xırda hissələri var. Mağazalar, küçələr hamısı xarici dildədir. Sanki Bakının küçələrində yox, xarici bir küçədə gəzirsən. Biz niyə mağazalara, geyimlərə öz dilimizdə ad qoya bilmirik? Təbliğat ən dəhşətli silahdır. Dünyanın ən zəngin neft ölkələri müsəlman ölkələridir. Xristianlar məharətlə maskalanıb həmin aldıqları nefti silah satmaqla artıqlaması ilə geri alırlar. Elə gün yoxdur ki, qidaların ziyanlı olması ilə bağlı məlumat yayılmasın. Azərbaycanda erməniyə milyardlar qazandıran geyim mağazaları var. Onlar dəyərlərimizi məhv edirlər. Dünyanın iki qütbu var. Bu xristian və müsəlman qarşıdurmasıdır. Bunların hamısının kökündə tarixi səlib yürüşləri dayanır. Xristian fundamentalizmi var. Bu da indiki dövrün xaç yürüşüdur. Onların səlib yürüşləri indi də fərqli formada davam edir. Bunu da inkişaf edən Azərbaycana qarşı həyata keçirirlər. Yoxsa məqsədi nədir ki, qotur ermənini Fransa, İngiltərə, Almaniya belə müdafiə etsin. Ona görə dəstək verir ki, xristian qardaşlığı var.
Azərbaycana açıq-aydın düşməni münasibət bəsləyirlər. Bu geyim və digər çağırışlar onların təbliğat metodunun bir hissəsidir".


MANŞET XƏBƏRLƏRİ