DİQQƏT: Qəfil ölmək istəmirsinizsə… – Professordan vacib tövsiyələr


Son zamanlar ictimaiyyəti narahat edən hallardan biri, bəlkə də birincisi ölüm yaşının gəncləşməsidir. İnsanlar bir neçə il öncə gənclərin nadir halda qəfil və ya xəstəlik səbəbindən dünyadan köçdüyünü deyir. Bu gün isə əksinə, daha çox gənclər vəfat edir. Buna səbəb nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla deyib ki, hazırda ölümə daha çox səbəb olan ürək-damar xəstəlikləridir.

Onun sözlərinə görə, bu xəstəlik sürətlə artmaqdadır:

“Bundan başqa, onkoloji xəstəliklərin də xüsusi çəkisi artır. Çünki ekoloji səbəblər, qida mədəniyyəti, həyat tərzi, oturaq həyat tərzinin artması, siqaret və alkoqol asılılığı, artıq çəki kimi amillər ömrü qısaldır, ürək-damar və digər xəstəliklərin yaranmasına gətirib çıxarır. Nəticədə də gənc yaşlarda ölüm baş verir”.

A.Qeybullanın fikrincə, xəstəliklə bağlı mübarizə milli genofondun qorunma proqramına daxil olmalıdır:

“Gənclər özlərini qorumalıdırlar. Mümkün qədər daha sağlam qidalanmağa çalışmalıdırlar. Eləcə də fiziki aktivliyə diqqət eləməli, açıq havada çox gəzməli, həyat tərzini sağlamlaşdırmalı, pis vərdişlərdən uzaq dayanmalıdırlar. Yalnız bu halda biz ömrümüzü uzada, sağlam yaşaya, bizə verilən müəyyən fizioloji imkanlardan yararlana bilərik. Yox, əgər tənbəlləşmə, aşırı qida qəbulu, pis vərdişlər olacaqsa, ömür qısalacaq. Ona görə də belə statistikanın bu gün olması təbiidir”.


MANŞET XƏBƏRLƏRİ