150-200 bal toplayacaq abituriyentlərlə bağlı VACİB AÇIQLAMA


Statistikaya əsasən bu il I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisəələrinə 85 mindən çox abituriyent sənəd verilib. Eyni zamanda bu il ötən illərlə müqayisədə 53 nəfər buraxılış imtahanlarından maksimum nəticə göstərib.

Abituriyentlərin bir hissəsi bu göstəricilərdən narahatdır. Çünki həmin rəqəmlərin rəqabətə təsir göstərəcəyini düşünürlər. Ancaq ekspertlər 150 bal toplayan abituriyentin belə universitetə daxil olacağını iddia edirlər.

Maraqlıdır, bu göstərici ilə ali məktəbə qəbul olan şəxslər məzun ola biləcəkmi?

Ümumiyyətlə, universitetdə təhsilini davam etdirə bilməsi üçün abituriyentlərin imtahan göstəriciləri minumum nə qədər olmalıdır? Çünki elə ixtisaslar var ki, az balla qəbul olmaq mümkün olsa da, tələbələr həm oxumaqda çətinlik çəkirlər, həm də gələcəkdə iş tapa bilmirlər.

Təhsil eksperti Cahid İmanlı bu məsələni “Yeni Sabah”a belə şərh edib:

“Bu gün Azərbaycanda əmək bazarında dövlət orqanlarında, eləcə də özəl sektorda fiziki güc yox, intellekt tələb edən əksər sahələrdə işləmək üçün ali təhsilin xüsusi rolu var. Düzdür, Azərbaycanda kifayət qədər ali məktəb olsa da, həmin ali məktəblərə abituriyentlərin neçə balla və dolayı yolla həmin universitetin məzunlarına əmək bazarında nə qədər təlabatın olması da qiymətləndirlməli bir məsələdir. Belə ki, bir çox dövlət və ya özəl universitetlərdə abituriyentlərin hansısa ixtisasa qəbul balı 400 - 500 olduğu halda, digərində 150-200 bal təşkil edir. Şübhəsiz ki, bu həmin müəssisədəki tədrisin keyfiyyət və reytinqinə təsir edir”.

Ekspert bildirib ki, az balla ali məktəbə qəbul olanlar gələcəkdə işsizlik problemi ilə qarşılaşırlar:

“Adətən, reytinqli universitetləri gələcəkdə özünü müəyyən sahədə görmək istəyən abituriyentlər məqsədli şəkildə seçirlər və gələcək karyeralarında da öz seçdiyi sahə üzrə uğur qazanırlar. Amma, təssüflər olsun ki, böyük bir abituriyent kütləsi də az bal toplayaraq "harada olur olsun, hansı ixtisas olur olsun" prinsipi ilə, daha doğrusu "prinsipsiz"lik ilə ali məktəbə daxil olurlar. Problemlər də məhz bundan sonra başlayır. Həmin aşağı balla universitetə daxil olan abituriyentlərin bir hissəsi ya təhsilini başa vura bilmir, ya tədris boyu əlavə kreditlərlə kursu bitirir, ən yaxşı halda isə sadəcə ali təhsil almaları haqqında diplom alırlar. Beləcə, ali təhsil alıb, əmək bazarında öz ixtisasına uyğun iş tapa bilməyən minlərlə "diplomlu işsizlər" yaranır”.


MANŞET XƏBƏRLƏRİ