Parlamentdə çəkindiyim adam o olacaq - Tural Abbaslı


Mənim heç kimdən və heç nədən qorxacağım yoxdur. Siyavuş Novruzovdan isə ölçülərinə görə çəkinə bilərəm.

Bu sözləri Axar.az-a geniş müsahibəsində Ağ Partiyanın sədri Tural Abbaslı parlamentə seçiləcəyi təqdirdə emosional çıxışına görə Siyavuş Novruzovdan qorxub-qorxmadığı haqda danışarkən deyib.

“Siyasi sferada heç kimin yanında gözüm kölgəli deyil. Mənim, bizim bir prinsipimiz var: Döyülmək qorxaqlıq deyil, qaçmaq qorxaqlıqdır. Gənc olanda da qorxmamışam. Döyülmüşəm, amma qaçmamışam. Bu mənada fiziki gücüm də yaxşıdır. Zarafat bir yana, həyat yolumuza baxan görər ki, çəkiniləsi bütün yolları keçmişik. Bölmələr, həbslər… Burunlarından gəlməsin, gecə 12-də kimlərəsə imza yığmışıq, plakatı cırıblar deyə, məhlə adamıyla dava etmişik, camaat çıxıb bizi döyüb. Hamı da məni belə tanıyır. Heç məndən sakit çıxış da gözləmirlər, bilirlər ki, beləyəm. Axı bir şəhid ailəsinin dərdini necə sakit deyim? Hətta normal insanın ola biləcəyi dərəcədə emosionalam. Sadəcə öndə olduğuma görə daha çox diqqət çəkirəm”, - o bildirib.


MANŞET XƏBƏRLƏRİ