Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var


Zaqatalada dönərdən zəhərlənənlərin sayı 10-u keçib.

Turkustan.az-ın məlumatına görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.

Zəhərlənənlər arasında tələbələr də var.

Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb. /APA/


MANŞET XƏBƏRLƏRİ