"Canavar" ləqəbli xüsusi təyinatlı qəhrəmanımız


Vətən Müharibəsində Murov dağına ilk ayaq basır, ən öndə gedərək 34 erməni postu alır...

Murova Azərbaycan bayrağını birinci sancır...

Düşmənlə üzbəüz vuruşur, sinəsindən yaralanır...

20 saat yaralı qalmasına baxmayaraq zabitlərindən ayrılmır, yaralı halda qalxaraq onlara yol göstərir, zabit yoldaşlarına əziyyət verməmək üçün onu daşımalarına razı olmur və irəli getmələrini əmr edir...

Neytral zonada yaralı qalaraq Murov yüksəkliyində şəhidlik mərtəbəsinə ucalır...

Açıklama yok.

Uşaq vaxtíndan hərbçi olmağī arzulayan, "Ya general, ya şəhid olacam deyən", hərbi təhsilini Motoatıcı ixtisası üzrə bitirən, XTQ kursunu uğurla başa vuraraq komandir müavini, qərərgah rəisi, tabor komandiri vəzifələrinə qədər yüksələn, şücaətinə görə iki rütbə artıq təqdim edilsə də imtina edən, Aprel döyüşlərinə komandir müavini kimi qatılaraq, döyüş başlayan andan bitənə qədər mühasirədə qalsa belə, mühasirədən çıxmağı bacaran, düşmənin əsgər və zabitlərdən ibarət şəxsi heyətini məhv edən və bu şücaətinə görə "Hərbi xidmətlərə görə" medalı İlə təltif edilən, Xüsusi Təyinatlı Qüvvələrin kaptanı, "Canavar" ləqəbli Vətən Müharibəsi Qəhrəmaní Rəşad Abdullayev!

İgidimiz 2014, 2015, 2017, 2019 -cu illərdə XTQ kurslarının, o cümlədən, Túrkiyədə keçirilən "TurAz Qartalı" paraşut təlimlərini fərqlənmə ilə bitirib.

Qəhrəmanīmíz xidməti múddətində "Azərbaycan Silahlí Qúvvələrinin 90 illiyi", "Azərbaycan Silahlí Qúvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi", "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalları ila, "Vətən uğrunda" medalī, "Kəlbəcərin azad olunmasına gõrə", "Xocavəndin azad olunmasına gõrə" medalları ilə təltif edilib.

"Şərəfli yaşa, şərəfli õl" devizi ilə yaşayan, "Şəhidlik şərəfdir" deyib şəhidlik mərtəbəsinə ucalan igidim! Məkanın cənnət, ruhun şad olsun!

Səni rəhmət, sevgi, qúrurla anıram qəhrəmaním! Haqqīníz õdənməz! Səni unutmarıq, unutdurmarıq!

Sevinc Bəhmənli

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ