“Naxçıvana yol verməyə hazırıq, amma...” – Ermənistan başçısı


Bu gün 10 noyabr bəyanatının heç bir bəndi keçərli deyil.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

Onun iddiasına görə, bəyanatın 9-cu bəndi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı əlaqə haqqında deyil: “O məqam regional iqtisadi kommunikasiyaların blokadadan çıxarılması ilə bağlıdır”.

Paşinyan əlavə edib ki, Azərbaycan üçün Naxçıvana yol verməyə hazırdırlar.

Onun sözlərinə görə, gələcəkdə bu istiqamətdə açılacaq yola üçüncü tərəf nəzarət etməməlidir, 10 noyabr sənədində də belə bir şey yoxdur:

“10 noyabr bəyanatının 9-cu bəndində Ermənistan ərazisinin hər hansı bir hissəsinin Ermənistan hökumətinin nəzarətindən kənarda olması və hər hansı üçüncü tərəfin, xüsusən də Rusiya Federasiyasının ona nəzarət etməli olduğuna dair heç bir ifadə yoxdur. Yazılır ki, nəqliyyat əlaqəsinə nəzarət Rusiya Federasiyası tərəfindən təmin edilir. Bu bəndin təfsiri odur ki, burada FSB sərhəd mühafizə qoşunlarına Ermənistan tərəfindən nəqliyyat əlaqələrinin təmin edilməsinə nəzarət etmək tapşırılır. Başqa sözlə, nəqliyyat əlaqəsini təmin edən qurum Ermənistandır”.

Paşinyan həmçinin əlavə edib ki, üçtərəfli bəyannamənin 9-cu bəndi heç bir halda Rusiyanın orada olması demək deyil. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ