Rusiyadan ŞOK XƏBƏR: Müdafiə nazirinin müavini saxlanıldı - Putinə sonra xəbər verilib


Rusiya Müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin Telegram kanalı məlumat yayıb.

“Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvət alma) Rusiya müdafiə nazirinin müavini Timur Vladimiroviç İvanov saxlanılıb”, - deyə məlumatda deyilir.

Qeyd edək ki, 2012-ci ildə İvanov Moskva vilayəti hökuməti sədrinin müavini vəzifəsində çalışıb. 2013-2016-cı illərdə - "Oboronstroy" ASC-nin baş direktoru.
2016-cı ilin mayında prezidentin sərəncamı ilə müdafiə nazirinin müavini təyin edilib.

Rusiya müdafiə nazirinin müavini Timur İvanovun saxlanılması barədə Prezident Vladimir Putinə məruzə edilib.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu barədə müdafiə naziri Sergey Şoyqu da məlumatlandırılıb.


MANŞET XƏBƏRLƏRİ